Sen 13, 2018 19:41 Asia/Baku
  • Moqerini ABŞ-ın təhdidləri qarşısında Beynəlxalq Cinayət Məhkəməsini müdafiə etdi

Avropa İttifaqının xarici siyasət üzrə məsul şəxsi ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Beynəlxalq Cinayət Məhkəməsinin ünvanına səsləndirdiyi təhdidlərə reaksiya olaraq deyib: Avropa İttifaqı Beynəlxalq Cinayət Məhkəməsini var gücü ilə müdafiə edir.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Federika Moqerini cümə axşamı Avropa Parlamentində etdiyi çıxışda deyib: Aİ Beynəlxalq Cinayət Məhkəməsinə (İCC) olan dəstəyini davam etdirəcək.

Moqerini əlavə edib: Beynəlxalq Cinayət Məhkəməsi barışıq, anlaşma və sülhün əldə olunmasında əsas qanuni dayaq nöqtəsi hesab olunur.

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ötən bazar ertəsi günü Beynəlxalq Cinayət Məhkəməsini təhdid edərək, amerikalı hərbçilərin Əfqanıstandakı cinayətlərini araşdıracağı təqdirdə, Vaşinqtonun bu məhkəməyə qarşı sanksiyalar tətbiq edəcəyini demişdi.

Teqlər