Sen 15, 2018 18:53 Asia/Baku
  • Argentinalı etirazçılar ABŞ bayrağını yandırıblar

Argentinalı aksiyaçılar bu ölkənin "Mar del Plata" şəhərində 20-lər qrupunun iclasının keçirildiyi məkanın qarşısında ABŞ bayrağını yandırıblar.

Etirazçılar ABŞ prezidenti Donald Trampın Argentina prezidenti Maurisio Makrini himayə etməsi əleyhinə şüarlar veriblər. Belə ki, onlar Maurisio Makrininin Argentina  ictimaiyyətinin orta təbəqələrinin hiddətinə səbəb olmuş sərt vergi layihələrinə qarşı çıxırlar.

20-lər qrupunun ticarət nazirləri dünən "Mar del Plata" şəhərində keçirilən danışıqlarının sonunda müştərək bəyanat yayaraq, Ümumdünya Ticarət Təşkilatının mexanizmi və fəaliyyətinin yaxşılaşdırılmasını istəyiblər, amma Trampın Amerikanın Ümumdünya Ticarət Təşkilatından çıxacağı ilə hədələdiyi bir şəraitdə, 20-lər qrupu ölkələri öz həmkarlıqlarını artırmaq niyyətində olmalıdırlar.

Teqlər