Sen 16, 2018 10:16 Asia/Baku
  • Moqerininin sözçüsü İranla əməkdaşlıqların davamına təkid edib
    Moqerininin sözçüsü İranla əməkdaşlıqların davamına təkid edib

Avropa Birliyinin xarici siyasət koordinatoru Federika Moqerininin sözçüsü deyib: AB əsas iqtisadi sahələr o sıradan neft sahəsində İranla əlaqələri davam etdirmək üçün səylərini davam etdirir.

İRİB-in verdiyi məlumata görə, Maya Kuçiançik deyib: Bu səylərin bir hissəsi İranla qanuni əlaqələrə malik olan şirkətlərin ehtiyacları olduğu maliyyə mənbələrini əldə edə bilmələrindən əmin olmaqdan ibarətdir. 

Amerika 8 mayda nüvə sazişindən çıxdıqdan sonra İrana qarşı təzyiqlərin artırılması üçün kampaniyaya başlayıb. 

Bu istiqamətdə ABŞ prezidenti Donald Tramp avqustun 6-da bir fərman imzalayaraq İrana qaşrı qeyri-qanuni sanksiyaları bərpa etdi.

Teqlər