Sen 17, 2018 12:33 Asia/Baku
  • Filippində
    Filippində "Mngkhvt" qasırğası qurbanlarının sayı 60-a çatdı

"Mngkhvt" qasırğası indiyə kimi Filippində 60 nəfərin ölməsinə səbəb olub.

İRNA-nın məlumatına görə, "Mngkhvt" super qasırğası Filippinin şimal və mərkəzi hissələrindən keçərək, milyardlarla dollar xəsarət vurub. Həmçinin, qasırğa nəticəsində onlarla insanın itkin düşdüyü bildirilir. 

Güclü yağış və şiddətli külək ilə yanaşı olan "Mngkhvt" qasırğası daşqınlar və selə də səbəb olub. Sürəti saatda 250 kilometrə çatan qasırğa çoxlu sayda bina və əkin sahələrini məhv edib. 

Daxil olan məlumatlara görə, "Mngkhvt" qasırğası qurbanlarının sayı artmaqda davam edir. Amma, hələ ki, dəqiq məlumat yoxdur. 

Filippin qasırğalar diyarı kimi tanınır və hər il orta hesabla 20 güclü qasırğa və tufana məruz qalır. 

Bundan öncə mütəxəssislər "Mngkhvt" qasırğasının Filippinə vurduğu maddi zərər və ziyanın miqdarını 120 milyard dollar təxmin etmişdilər. 

2013-cü ildə də saatda 320 km sürətə malik olan Haiyan qasırğası Filippində 7500 nəfərin ölümünə səbəb olmuşdu.