Sen 18, 2018 11:51 Asia/Baku
  • Tramp Rusiyanın seçkilərdə müdaxiləsi işi barədə sənədlərin yayılmasına göstəriş verib
    Tramp Rusiyanın seçkilərdə müdaxiləsi işi barədə sənədlərin yayılmasına göstəriş verib

Amerikada ara seçkilər ərəfəsində ABŞ prezidenti Rusiyanın seçkilərdə müdaxiləsi işinin sənədlərinin bir hissəsinin yayılmasına göstəriş verib.

Röytersin verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp Ədliyyə Nazirliyindən sonprezident seçkilərində onun Rusiya ilə əl bir olması işinin araşdırmaları ilə əlaqədar gizli sənədləri yaymasını istəyib. 

Bu sənədlərin bir hissəsi ABŞ Federal Təhqiqat Bürosunun Trampın seçki kampaniyasının keçmiş müşaviri Karter Pacin araşdırmaları ilə əlaqədar növbəti 20 səhifədən ibarətdir. 

Tramp həmçinin Ədliyyə rəsmilərindən olan Brus Oher ilə müsahibələrlə əlaqədar hesabatlar, FBİ-in keçmiş başçısı Ceyms Kominin və onun müavini Anderu Mak Kibin Rusiyanın seçkilərdə müdaxiləsi işi ilə əlaqədar mesajlarının yayılmasına göstəriş verib. 

2016-cı il prezident seçkilərində Trampın Rusiya ilə əl bir olması macərası demokratların ara seçkilərdə respublikaçılara və onların dəstəklədikləri namizədlərinə qarşı əsas təbliğat amilinə çevrilib. 

Ekspertlərə görə, seçki ərəfəsində Tramp həmən macəra barədə araşdırmaların sənədlərinin bir hissəsini yaymaqla demokratların təzyiqlərini azaltmaq istəyir. 

Teqlər