Sen 19, 2018 11:32 Asia/Baku
  • Putin: İsrail Rusiya ilə razılaşmanı pozdu
    Putin: İsrail Rusiya ilə razılaşmanı pozdu

Suriyada Rusiyanın bir ədəd təyyarəsinin hədəfə alınmasından sonra Rusiya prezidenti deyib: İsrail Rusiya hərbçiləri üçün təhlükə yaradacaq hərəkətlərdən çəkinməyə dair anlaşmanı pozub.

İRİB-in Moskvadan verdiyi məlumata görə, Suriyada Rusiya hərbçilərini daşıyan təyyarənin vurulmasından sonra bu ölkənin prezidenti deyib: Rusiya təyyarəsinin vurulması. İsrailin Rusiya ilə təhlükəli hadisələrdən çəkinmək üzrə imzaladığı anlaşma sənədinə sadiq qalmamasına görə baş verib. 

Rusiyanın Xaric İşlər Nazirliy də dünən bir bəyanatda bildirib ki, Rusiya İsraili Suriyadakı hərbi qüvvələrini mühafizə üçün bütün lazımı tədbirləri görəcəyi barədə məlumatlandırıb. 

Rusiya XİN öncə də bir bəyanatda Rusiya təyyarəsinin səhvən Suriya tərəfindən vurulmasını  bildirmişdi və yeni zamanda İsrailin dolayısı ilə Rusiya təyyarəsini təhlükə qarşısında qoyduğunu xatırlatmışdı. 

Bununla əlaqədar İsrailin baş naziri Benyamin Netanyahu dünən Rusiya prezidenti Vladimir Putin ilə telefon söhbətində baş verən hadisə ilə əlaqədar təəssüfləndiyini bildirib və İsrail ilə Rusiya arasında müdafiə sahəsində koordinasiyanın əhəmiyyətini vurğulayıb. 

Rusiyanın Müdafiə nazirliyi dünən bildirmişdi ki, Rusiyanın bir ədəd IL-20 tipli təyyarəsi 15 sərnişinlə bərabər Laziqiyyə vilayətinin Həmimim hava bazasının yaxınlığında yoxa çıxıb. 

Rusiya MN bu hadisənin sionist rejimin Laziqiyyəyə hava hücumu ilə eyni zamanda Suriyanın havadan müdafiə sisteminin reaksiyası ilə məhv edildiyini bildirərək sionist pilotların Rusiya təyyarəsindən örtük kimi istifadə etmiş olduqlarını xatırladıb. 

Rusiya MN bildirib ki, sionist rejimin bu hərəkəti məsliyyətsiz, bilərəkdən və düşmənçilik xarakteri daşıyan bir hərəkət olub və bu hadisədə 15 rus hərbçinin öldüyünü nəzərə alaraq Moskva İsrailin bu hərəkətinə cavab vermək hüququna malikdir. 

Teqlər