Sen 19, 2018 12:25 Asia/Baku
  • İki Koreyanın müdafiə nazirləri razılığa gəliblər
    İki Koreyanın müdafiə nazirləri razılığa gəliblər

Şimali və cənubi Koreyanın müdafiə nazirləri iki ölkə arasındakı gəginlikləri azaltmaq üçün Pxenyanda bir razılaşma sənədi imzalayıblar.

UNHAP xəbər agentliyinin verdiyi məlumata görə Cənubi Koreya və Şimali Koreya müdafiə nazirləri Sonq Yunq Mu və No Kuanq Çol bu gün Pxenyanda baş tütan görüşdə təsadüfi toqquşmaların qarşısını almaq və gərginliyi azaltmaq üçün ətraflı hərbi razılaşma sənədi imzalayıblar. 

Bu hərbi sənədin imzalanması iki koreya rəhbərlərinin 27 apreldə biri birinə qarşı düşmən hərəkətlərin qarşısının alınması və müharibə təhlükəsinin aradan qaldırılması sahəsində imzaladıqları razılaşmanın icrası istiqamətində baş tutur. 

İki Koreya arasında hərbi razılaşma Cənubi Koreyanın prezidenti Mun Caenin Pxenayana səfəri və Şimali Koreya rəhbəri ilə 4-cü görüşü çərçivəsində imzalanıb. 

Teqlər