Sen 19, 2018 17:31 Asia/Baku
  • Londonda imam Hüseyn(ə) əzadarlarının üstünə maşın sürüb
    Londonda imam Hüseyn(ə) əzadarlarının üstünə maşın sürüb

London polisi bildirib ki, Londonda bir məscid qarşısında Hüseyn əzadarlarının üstünə avtomobil sürüb və nəticədə beş nəfər yaralanıb.

Röytersin verdiyi məlumata görə London polisi bildirib ki, bu gün Londonun şimal qərb ərazilərində yerləşən Krikvud məntəqəsində bir avtomobil sürücüsünün piyadanın üstünə sürməsindən sonra beş nəfər yaralanıb. 

Bu məlumata görə, London polisi bu hadisənin terror aktı olduğunu bildirib. 

Mirver qəzeti Məscidin qarşısındakı şahidlərə istinadla yazıb ki, İmam Hüseynin(ə) matəm mərasimlərinin 8-ci gecəsində bir nəfər anti islam şüarlar səsləndirib və idarə etdiyi avtomobili məscid qarşısındakı piyadaların üstünə sürüb. 

Məscidin rəhbərliyi bildirib ki, Məscid qarşısında duranlar mərasimdən sonra mənzillərinə qayıtmaqda imişlar. 

Avropada anti-islam hərəkəblər son illərdə daha da şiddətlənib. 

Teqlər