Sen 19, 2018 17:31 Asia/Baku
  • Ağ ev qarşısında aksiya
    Ağ ev qarşısında aksiya

Bir qrup hüquq müdafiəçisi ABŞ prezidentinin miqrantların qəbulunun məhdudlaşsırılmasına dair qərarına qarşı Ağ ev qarşısında aksiya keçirib.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, aksiya ABŞ prezidentinin gələn il Amerikaya miqrantların qəbulunu daha da məhdudlaşdıracağını bildirməsindən sonra keçirilib. 

ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, miqrantların qəbulu limitinə görə, gələn il sadəcə 30 min miqrant qəbul oluna bilər. 

Bu son illərdə minimum rəqəmdir. 

Cari il Amerikada miqrant qəbulu 45 min nəfərdən ibarət olmuşdur. 

 

Teqlər