Sen 20, 2018 20:49 Asia/Baku
  • Tramp: Yaxın Şərqə qoşun yeritmək ABŞ tarixinin ən böyük səhvi idi

ABŞ prezidenti ölkəsinin Yaxın Şərqə hərbi müdaxiləsini ABŞ tarixinin ən pis səhvi adlandırıb.

ABŞ prezidenti Donald Tramp "Hill" telekanalına verdiyi müsahibədə bu böyük səhvə görə keçmiş prezident Corc Buşun məsuliyyət daşıdığını bildirib və deyib: Buşun Yaxın Şərqə hərbi müdaxilə qərarı Amerikanın ən böyük səhvi olub.

Tramp həmçinin deyib: ABŞ hərbçilərinin Yaxın Şərqdən çıxarılması isə Barak Obama dövründə atılan ikinci yanlış addım idi.

Trampın dediyinə görə, ABŞ-ın Yaxın Şərqə hərbi müdaxiləsi bu ölkə üçün 7 trilyon dollara başa gəlib və milyonlarla insanı ölümə sürükləyib.

Amerikanın Braun Universitetinin araşdırmalarına əsasən İraq və Əfqanıstan müharibələri habelə, Pakistan və Suriya ilə bağlı hərbi əməliyyatlar ABŞ-a 5.6 trilyon dollara başa gəlib.

ABŞ-ın Müdafiə Nazirliyi də Vaşinqtonun 2001-ci ildən 2008-ci ilə kimi İraq və Əfqanıstandakı hərbi əməliyyatlara 1.520 trilyon dollar pul xərclədiyini deyib.

Tramp keçmiş prezidentləri militaristlikdə ittiham etsə də, ABŞ-ın İraq, Əfqanıstan və Suriyadakı hərbi iştirakını davam etdirməklə dəfələrlə digər ölkələrə qarşı o cümlədən Şimali Koreya əleyhinə hərbi hücumdan söz açıb.

Teqlər