Sen 21, 2018 09:08 Asia/Baku
  • Hindistanın raket sınağı
    Hindistanın raket sınağı

Hindistan nüvə başlığı daşıya bilən yer-yer tipli ballistik raketini uğurla sınaqdan keçirib.

Çin xəbər agentliyinin verdiyi məlumata görə, Hindistan cümə axşamı Odişa vilayətində Prahaar adlı qısa mənzilli yer-yer tipli ballistik raketi uğurla sınaqdan keçirib. 

Prahar raketi təqribən 150 kilometrlik uçuş radiusuna malikdir və 200 kq ağırlığında olan nüvə başlıqlarını daşımağa qadirdir.

Hindistanın ardıcıl olaraq nüvə başlığı daşıya bilən raketləri sınaqdan keçirməsi Çin və Pakistan kimi qonşu ölkələri narahat edir. 

Pakistan və Hindistan orduları Asiyanın cənubunda nüvə silahlanmasında iki rəqib ölkə sayılırlar. Buna görə də zaman zaman nüvə başlığı daşıya bilən raketləri sınaqdan keçirdirlər.