Sen 22, 2018 13:51 Asia/Baku
  • Amerikalılar Trampın anti-İran siyasətləri ilə müxalifdirlər
    Amerikalılar Trampın anti-İran siyasətləri ilə müxalifdirlər

Yeni rəy sorğusunun nəticələri göstərir ki, əksər amerikalılar Amerika prezidentinin anti-İran siyasətləri ilə müxalifdirlər.

"Aksiyus" xəbər portalının sifarişi ilə "Morninq Kansalt" müəssisəsinin apardığı yeni rəy sorğusunun nəticələri göstərir ki, amerikalıların 55 faizi Amerika prezidenti Donald Trampın İranın Yaxın Şərqdə iştirakı və rol oynamasını əngəlləmək üzrə siyasətləri ilə müxalifdir.

Bu rəy sorğusunun nəticələri elə bir şəraitdə yayılıbdır ki, Trampın Yaxın Şərqdəki müdaxilə mahiyyətli siyasətləri nəticəsiz qalıbdır.

Vaşinqtonun İraq, Əfqanıstan və Suriyadakı müdaxilə mahiyyətli hərəkətləri Amerika xalqının müxalifəti, eləcə də həmin ölkələrin xalqları və dövlətlərinin mənfi reaksiyaları ilə üzləşibdir.

Teqlər