Sen 23, 2018 20:11 Asia/Baku
  • İngiltərənin AB-dən çıxması problemləri
    İngiltərənin AB-dən çıxması problemləri

İngiltərənin baş naziri ölkəsini Avropa Birliyindən çıxarmaq üçün bu birlik ölkələrilə qarşılaşmaqdan əlavə, iki daxili cəbhədə öz layihəsi ilə müxalif olan siyasi partiyalar və partiya silahdaşları ilə də mübarizə aparmalıdır.

İki il bundan öncə iyunun 23-də İngiltərə əhalisinin təqribən 52 faizinin referendumda ölkəsinin Avropa Birliyindən çıxmasının lehinə səs verərkən bəlkə də bu ayrılığın xərci və mürəkkəbliklərinə çox az diqqət yetirmişdi. Amma indi, Avropa başçıları aylarla çəkişmələrdən sonra İngiltərə baş nazirinin ayrılıq tərzi barədəki ən yeni təklifini rədd edərkən, çətinliklər və ixtilafların dərinliyi daha artıq üzə çıxıbdır.

Müsahibə: Avropa Birliyinə üzv ölkələrin bütün rəhbərləri belə bir ortaq fikirdədirlər ki, İngiltərənin baş naziri Tereza Meyin təklif etdiyi layihə real deyildir. 

İngiltərənin Avropa Birliyindən çıxması üçün təyin olunmuş möhlətə təkcə altı ayın qaldığı bir halda, Avropa Komissiyasının sədri Yunker də bildiribdir ki, ayrılıq tərzi barədə razılığa gəlmək üçün hələ qarşıda uzun bir yol durur. Fransa prezidenti də belə deyib: İngiltərədə bir qrup fırıldaqçı xalqa vəd vermişdi ki, ölkəsinin Avropa Birliyindən çıxması asan və İngiltərənin xeyrinə olacaq. O, Tereza Meyin layihəsini də tənqid edibdir.

Müsahibə: Mühüm cəhət budur ki, İngiltərə baş nazirinin təklifləri vahid Avropa bazarının mahiyyəti ilə təzadlı olduqlarına görə, qəbuledilməzdir.

Rəy sorğuları Avropa Birliyində qalmağın tərəfdarlarının üstün mövqedə olmalarından xəbər verir.

Müsahibə: Bu ölkə xalqı bunu dərk edibdir ki, Avropa Birliyindən çıxmaq onun xeyrinə deyil. Onlar istəyirlər ki, çıxma proqramı dayandırılsın və ya referendum yenidən keçirilsin.

Əlbəttə, sevinclə özünün breksit müzakirələri dalanından çıxmaq üzrə layihəsinin icrasına böyük ümid bəsləyən İngiltərənin baş naziri Avropa Birliyinin onun ölkəsi qarşısındakı sərt reaksiyasına razılıqsız çıxışla hədələməklə cavab verdi.

Müsahibə: İcazə verin, hamının tərəddüdünü aradan qaldırmaq üçün açıq şəkildə deyim: Biz hər cür razılıq olmadan Avropa Birliyini tərk etməyə də hazırıq.

Xanım Mey elə bir halda razılıqsız çıxış məsələsini irəli sürübdür ki, İngiltərədə çoxlu sayda siyasi xadim, iqtisadçı, məşğuliyyət sahibi və hətta bu ölkənin maliyyə naziri onu bu ölkənin iqtisadiyyatı üçün faciəli və xəsarətli hesab edirlər. 

Müsahibə: İngiltərənin razılıq olmadan Avropa İttifaqından çıxması bu ölkə xalqının ötən on ildəki iqisadi nailiyyətlərini təhlükəyə salacaq.

İngiltərə və Avropa Birliyinin hələ mühüm məsələlər barədə razılığa gəlmədiklərinə və bu məsələnin daxili ixtilafları genişləndirdiyinə görə, bəlkə də bu ittifaqın qarşıdakı iki ayadək keçiriləcək xüsusi zirvə görüşü bir razılaşma əldə etmək üçün sonuncu ümid olmuş olsun.