Sen 23, 2018 21:39 Asia/Baku
  • Seul Əhvaz terror hücumunu pisləyib
    Seul Əhvaz terror hücumunu pisləyib

Cənubi Koreyanın xarici işlər nazirliyi bu gün bir bəyanat yayaraq, İranın Əhvaz şəhərində silahlı qüvvələrin paradı zamanı törədilmiş terror hücumunu pisləyib.

Cənubi Koreyanın xarici işlər nazirliyi həmçinin Əhvaz şəhərində törədilmiş terror hücumunda şəhid olanların ailələri və İran xalqının kədəri ilə bölüşübdür.

Şənbə günü Əhvaz şəhərində silahlı qüvvələrin paradı zamanı törədilmiş terror hücumunda 25 nəfər şəhid olub, 60 nəfər də yaralanıbdır.

Teqlər