Sen 24, 2018 15:36 Asia/Baku
  • ABŞ ilə Çin arasında ticarət savaşı şiddətlənib
    ABŞ ilə Çin arasında ticarət savaşı şiddətlənib

Amerikanın Çin əmtəə mallarına rüsumları, Çinin də cavab addımı olaraq ABŞ mallarına rüsumları bu gündən qüvvəyə minib. Çin Amerikanı ölkələri qorxutmaq məqsədilə ticarət məsələləri sahəsində yalan ittihamlara söykənməkdə ittiham edib.

Dünya iqtisadiyyatının iki böyük qüdrəti arasındakı ticarət savaşında çəkişmələrin şiddətlənməsi ilə bağlı ən yeni halda və bu ticarət ixtilaflarının bitməsindən heç bir nişanə olmadan ABŞ və Çin bu gün bir daha bir-birilərinin əmtəə mallarına qarşı cavab rüsumları tətbiq ediblər.

Amerikanın Çin əmtəə mallarına rüsumları 200 milyard dollar, Çinin də cavab addımı olaraq ABŞ mallarına rüsumu 60 milyard dollar dəyərindədir ki, Qrinviç vaxtı ilə saat dörd bir dədiqədə qüvvəyə minib. İki ölkə cari ilin əvvəllərində də bir-birilərinə qarşı 50 milyard dollarlıq rüsumlar tətbiq etdi. Hərçənd Ağ Ev-in yüksək vəzifəli rəsmilərindən biri ötən həftə dedi ki, Amerika "qarşıda duran müsbət yola nail olmaq" üçün Çinlə anlaşmanı davam etdirəcək, amma tərəflərin heç biri sazişə təmayül göstərməyibdir.

Çin bu gün Amerikanı ticarət məsələlərində digər ölkələri qorxutmaq məqsədilə bu ölkəyə qarşı yalan ittihamlar irəli sürməkdə ittiham etdi. Amerikanın Çinə qarşı yeni gömrük rüsumlarını icraya qoyduğu bir halda, Çin dövləti Pekin ilə Vaşinqton arasındakı iqtisadi və ticari gərginliklər barədə ağ kitab nəşr edərək, bildirib: Amerika dövləti Çinə qarşı bir sıra əsassız ittihamlar irəli sürüb, gömrük rüsumlarını artırmaq və digər qorxuducu iqtisadi tədbirlər görüb təzyiq göstərməklə öz maraqlarını Çinə qəbul etdirməyə çalışır.

Çin dövləti bir daha ABŞ prezidenti Donald Trampı son illərdə iki ölkə əlaqələrinin yaxşılaşdırılması istiqamətində göstərilmiş səyləri aradan götürməkdə ittiham edib. Çin dövlətinin ağ kitabında deyilir: Trampın başçılıq etdiyi Amerikanın yeni dövlətinin 2017-ci ildə "Əvvəl, Amerika!" şüarı altında öz işinə başladığı zamandan bəri Vaşinqton bərabər dialoq və qarşılıqlı hörmət daxil olmaqla beynəlxalq mübadilələrə hakim kəsilən əsas prinsipləri kənara qoyaraq, unilateralizmə, proteksionizmə və iqtisadi hegemonçuluğa üz tutubdur.