Sen 25, 2018 09:41 Asia/Baku
  • BMT TŞ Əhvazdakı son terror aktını pisləyib
    BMT TŞ Əhvazdakı son terror aktını pisləyib

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bir bəyanatda şənbə günü İranın cənubunda yerləşən Əhvaz şəhərində törədilən terror aktını pisləyib.

İRNA-nın verdiyi məlumata görə, bəyanatda TŞ üzvləri Əhvazdakı terror aktında həlak olanların ailələrinə və İran İslam Respublikası dövlətinə baş sağlığı verərək yaralıların tezliklə sağalacaqları arzu edilib. 

BMT TŞ üzvləri bildiriblər ki, terrorizm bütün formaları ilə beynəlxalq sülh və təhlükəsizliyə qarşı ən əsas təhdidlərdən biridir. 

TŞ-nin bəyanatında deyilir: Təhlükəsizlik Şurasının üzvləri bu hadisəni törədənlər və onların himayəçilərinin cavabdeh olmaları, ədalətin mühakiməsinə verilmələrinin vacibliyini vurğulayır və bütün dövlətləri beynəlxalq hüquq və BMT TŞ-nin müvafiq qətnamələri qarşısındakı öhdəliklərinə əsasən bu sahədə İran İslam Respublikası dövləti və müvafiq qrumlarla əməkdaşlıq etməyə çağırır. 

Şənbə günü İranın cənubunda yerləşən Əhvaz şəhərində İran İslam Respublikası silahlı qüvvələri parad keçirərkən terrorçular əhaliyə qarşı atəş açdılar və bu hadisədə 25 nəfər həlak oldu 60-dan çox adam yaralandı. 

Səudiyyə Ərəbistanı və Amerikanın dəstəklədiyi terrorçu İŞİD və "Əl-Əhvaziyyə" qrupları bu terror aktının məsuliyyətini öz üzərlərinə götürdülər.