Sen 25, 2018 09:43 Asia/Baku
  • Rusiya İsrailin iddiasına reaksiya verib
    Rusiya İsrailin iddiasına reaksiya verib

Rusiyanın Müdafiə Nazirliyi sionist rejim başçılarının Suriyada Rusiya təyyarəsinin vurulmasında Təl-Əvivin rolunun olmamasına dair bəyanatını əsassız adlandırıb.

Əl-Məyadin telekanalının verdiyi məlumata görə, Rusiya MN dünən gecə bir bəyanatda bildirib: Rusiya ordusu Rusiya təyyarəsinin vurulmasında ən əsas məsuliyyətin İsrailin hava qoşunlarının üzərinə düşdüyü barədə faktlara malikdir. 

Rusiyanın MN həmçinin bildirib: Sionist rejimin F16 hərbi təyyarəsi Suriyanın hava hücumundan müdafiə raketlərindən qorunmaq üçün Rusiya təyyarələrinin arxasında gizlənib və İL20 təyyarəsindən sipər kimi istifadə edib. 

Rusiya prezidenti Vladimir Putin də dünən sionist rejimin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında bildirib ki, İsrailin hava qoşunlarının hərəkəti Rusiya təyyarəsinin düşməsinin əsas səbəbidir. 

Ötən həftə Suriyanın Laziqiyyə vilayətində sionist rejimin hava hücumunda Rusiyanın bir ədəd təyyarəsi vuruldu və onun bütün 15 sərnişini həlak oldu. 

Teqlər