Sen 26, 2018 10:34 Asia/Baku
  • Moqerini: Avropa başqaları ilə birlikdə ƏMTP-ni qoruyacaq
    Moqerini: Avropa başqaları ilə birlikdə ƏMTP-ni qoruyacaq

Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru dünən Amerikanın CNN telekanalına verdiyi müsahibədə Vaşinqtonun özünün siyasi qərarlarını beynəlxalq qrumlar və suveren dövlətlərə qəbul etdirmək haqqına malik olmadığını vurğulayaraq deyib: Avropa başqaları ilə birlikdə ƏMTP-ni qoruyacaq.

İRNA-nın verdiyi məlumata görə, Federika Moqerini deyib: Brüssel ƏMTP-nin digər tərəfləri ilə birlikdə ABŞ-ın sanksiyalarına rəğmən İran ilə ticarət əlaqələrinin davam etməsinin mümkünləşməsi üçün mexanizm hazırlamaq istəyir. 

AB xarici siyasət üzrə koordinatoru Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin indiyədək yaydığı 12 hesabatında İranın ƏMTP-yə sadiq qaldığını təsdiqləməsinə toxunaraq deyib: Avropa İran ilə qanuni ticarətin davamına təzminat verilməsinə səy göstərir. 

F.Moqerini deyib: Kiminlə iqtisadi və ticarət əlaqələrinə malik olmağa qərar vermək avropalıların qanuni haqqıdır. 

ABŞ prezidenti Donald Tramp 8 mayda ölkəsinin ƏMTP-dən çıxdığını və İrana qarşı sanksiyaların bərpa olunduğunu elan etdi. 

Trampın bu hərəkəti ölkdə daxilində və beynəlxalq səviyyədə kəskin qınandı. 

ƏMTP-nin tərəfləri olan Britaniya, Fransa, Rusiya, Çin, Almaniya və Avropa Birliyi bu beynəlxalq razılaşmanı himayə edəcəklərini bildiriblər. 

Bu istiqamətdə İran və Avropa son həftələr ərzində ƏMTP-nin qorunub saxlanılması üçün müzakirələrə başlayıblar. Bu müzakirələrdə Avropa ABŞ-ın İrana qarşı sanksiyaları ilə qarşılaşmaq üçün İrana himayə paketi təqdim etmək barədə öz üzərinə öhdəlik götürüb.