Sen 29, 2018 16:59 Asia/Baku
  • Le Drian: Amerika beynəlxalq diplomatiyanı xətərə salıbdır

Fransanın xarici işlər naziri deyib: Amerika kimi ölkələr özlərinin təkvektorlu siyasətləri ilə beynəlxalq diplomatiyanı xətərə salıblar.

Jan-İv Le Drian Amerikanın Harvard universitetindəki çıxışında deyib: Vaşinqton təkvektorluluğu beynəlxalq həmkarlıqdan üstün tutur və belə bir şəraitdə, bir növ beynəlxalq diplomatiyanın bərpası üçün səy göstərmək məqsədilə xoş məramlılığa malik qüdrətlərin koalisiyası təklif olunur.

Le Drian əlavə edib: Avropa çoxvektorluluğu və beynəlxalq məsuliyyəti üzərlərinə götürən Hindistan, Avstraliya, Meksika kimi ölkələr və digər güclü demokratiyalarla daha ciddi həmkarlığa daxil olmalıdır.

Fransanın xarici işlər naziri söyləyib: Amerika məqsədyönlü şəkildə özünün ticarət və beynəlxalq razılaşmalarında, eləcə də BMT-də çoxvektorluluğun əsaslarının zəiflədilməsinə üz tutub.

Teqlər