Okt 02, 2018 18:58 Asia/Baku
  • Fransa polisi bu ölkədə bir islami qurumun mərkəzinə hücum edib
    Fransa polisi bu ölkədə bir islami qurumun mərkəzinə hücum edib

Fransa polisi müsəlmanlara aid olan "Zəhra(s.ə.)" adlı bir cəmiyyətin ofisinə və bu cəmiyyət üzvlərinin evlərinə hücum edərək, on bir nəfəri həbs edib.

Fransa polisi bu gün səhər bu cəmiyyətin ofisinə hücum edərək, onun üzvlərinin bu ölkənin şimalında yerləşən Kale şəhərinin yaxınlığındakı məkanda yerləşən evlərini "terrorizmlə mübarizə" adlandırılan məsələ ilə bağlı təftiş edib.

Deyilənlərə görə, bu hücumda Fransanın təhlükəsizlik polisi qüvvələrindən təqribən 200 nəfər iştirak edib.

Bu hərəkətin ardınca Fransa dövləti bir bəyanat yayaraq, bildirib ki, iki iranlının və İranın Təhlükəsizlik Nazirliyinin Fransadakı maliyyələrini dondurubdur.

"Zəhra(s.ə.)" islami mərkəzi anti-sionist fəaliyyətlərilə tanınır və Fransa polisi bu cəmiyyətin üzvlərinin İranla əlaqədə olduqlarını iddia edərək, onların bir neçəsini həbs edibdir.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi Fransa dövlətinin bu hərəkətinə reaksiyada Tehran-Paris əlaqələrini pozmaq üzrə səylər barədə xəbərdarlıq edib.

Qasemi irəli sürülən ittiham və iddiaları rədd edib və iranlı diplomatın həbs olunmasına etiraz edərək, onun tezliklə azad edilməsini istəyibdir.

Teqlər