Okt 03, 2018 12:34 Asia/Baku
  • Çin Amerikanın təhrikamiz hərəkətlərinə reaksiya verib
    Çin Amerikanın təhrikamiz hərəkətlərinə reaksiya verib

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Amerikanın Cənubi Çin dənizindəki təhrikamiz hərbi hərəkətlərini qınayıb.

İRNA-nın verdiyi məlumata görə, Hua Çunyinq bu gün bir bəyanatda Amerikanın Dikator hərbi gəmisinin Cənubi Çin Dənizində yerləşən Nanşa adalarına qeyri-qanuni şəkildə daxil olmasına münasibət bildirərkən Vaşinqtonu qıcıqlandırıcı hərəkətlərdən əl çəkməyə çağırıb və Çinin də öz suverinliyi və təhlükəsizliyini müdafiə haqqına malik olduğunu xatırladıb. 

Çin XİN sözçüsü deyib: Amerika dəfələrlə təhrikamiz hərəkətlərə əl ataraq Çinin suverinlik və təhlükəsizliyi eləcə də regionda sülh və sabitliyi təhlükəyə salıb. 

Çinin Müdafiə Nazirliyi də dünən Amerikanın hərbi gəmisinin cənubi Çin dənizi sularına qeyri-qanuni şəkildə daxil olmasına reaksiya vermişdi. 

Amerikanın Dikator hərbi gəmisi sentyabrın 30-da Çin dövlətinin icazəsi olmadan Nenşan adalarına daxil olub və Çinin hərbi gəmisi ona xəbərdarlıq edərək olun bu sulardan qovub. 

Cənubi Çin Dənizi üzrə Milli Müəssisənin araşdırmaçısı Çen Şyank Miyayu bildirmişdi ki, amerikalılar regionda geniş hərbi fəaliyyətlərə malikdirlər və Pekin bu prosses ilə qarşılaşmaq və region sularını mühafizə üçün müdafiə təsisatları yerləşdirməyi zəruri hesab edir. 

Teqlər