Okt 03, 2018 19:02 Asia/Baku
  • ABŞ-da miqrantların saxlanıldığı yer acınacaqlı durumdadır
    ABŞ-da miqrantların saxlanıldığı yer acınacaqlı durumdadır

Müfəttişlər Kaliforniyada miqrantların əsas saxlanıldığı təcridxanada araşdırmalar apardıqdan sonra orada şəraitin acınacaqlı olduğunu bildiriblər.

FransPressin verdiyi məlumata görə, Amerikanın daxişi təhlükəsizlik nazirliyi dünən bir hesabat yayaraq bu nazirliyin müfəttişlərinin Kaliforniyada Adelanto bölgəsində miqrantların saxlanıldığı təcridxanaya baxış keçirmələrindən xəbər verərək həmin təcridxanada durumun çox acınacaqlı olduğunu bildirib. 

Hesabatda deyilir ki, Adlanto təcridxanasında 1940 miqrant saxlanılır. 

Təcridxanaya qəfil baxış keçirilərkən məlum olub ki, səhiyyə durumu kafi deyil, qadınlar və kişilər biri-birindən ayrılmayıb və təcridxanada hətta asmaq üçün kəndirlərin müşahidə olunduğu bildirilir. 

Amerikanın Daxili Təhlükəsizlik Nazirliyi öz hesabatında bildirir ki, müfəttişlər təcridxanada səhiyyə və təhlükəsizlik baxımından təhlükəli faktlar aşkar ediblər və bunlar muvafiq qanunlara ziddir. 

Bu məlumata görə, yol verilən qanun pozuntuları saxlanılanların hüquqlarını pozur və onların fiziki və psixoloji sağlamlıqlarını təhlükəyə salır. 

Donald Tramp hakimiyyətə gəldiyi gündən miqrantlara qarşı sərt siyasət həyata keçirir. 

Bu siyasətə görə qeyri-qanuni şəkildə ABŞ-da daxil olan bütün miqrantlar cinayət işinə cəlb edilirlər.

Teqlər