Okt 04, 2018 10:51 Asia/Baku
  • ABŞ Vyana Konvensiyasının Əlavə Protokolundan çıxıb

ABŞ hökuməti sionist rejimə dəstək istiqamətində Vyana Konvensiyasının Əlavə Protokolundan çıxıb.

ABŞ hökumətinin milli təhlükəsizlik müşaviri Con Bolton dünən Vaşinqtonda deyib ki, bu ölkənin prezidenti Donald Tramp Vyana Konvensiyasının Əlavə Protokolundan çıxmaq qərarına gəlib.

ABŞ hökumətinin milli təhlükəsizlik müşaviri bildirib: Vyana Konvensiyasının Əlavə Protokolundan çıxmaq qərarı Fələstin dövləti tərəfindən irəli sürülən və Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsini problemlə üzləşdirən işlə bağlıdır.

ABŞ səfirliyi bu il mayın 14-də saxta sionist rejimin təsisinin 70-ci ildönümündə bu rejimə dəstək istiqamətində Qüdsə köçürüldü. Qüds 1967-ci ildən bəri sionist rejimin işğalındadır.

BMT Baş Assambleası 2017-ci il dekabrın 21-də 128 lehinə, 9 əleyhinə və 35 bitərəf səslə Trampın Qüdsü sionist rejimin paytaxtı kimi tanımaq və ABŞ səfirliyini bu şəhərə köçürmək üzrə birtərəfli hərəkətinə qarşı qətnamə qəbul etdi.

Teqlər