Okt 05, 2018 08:36 Asia/Baku
  • Rusiya İranın Suriyadakı terrorçulara qarşı hücumunu qanuni adlandırıb

Rusiya xarici işlər nazirliyinin sözçüsü vurğulayıb ki, İran tamamilə qanuni əsasda Suriyadakı terrorçularla mübarizə aparır.

Mariya Zaxarova bu gün İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah qüvvələrinin Əhvaz terror hücumuna reaksiyada Suriyada terrorçuların mövqelərinə qarşı son raket hücumlarına işarə edərək, vurğulayıb: İran qüvvələri tamamilə qanuni surətdə və Suriya hökumətinin birbaşa istəyi ilə bu ölkədəki anti-terrorist mübarizələrdə iştirak edirlər.

Zaxarova MAQATE-nin baş direktoru Yukiya Amanonun İranın nüvə proqramını təsdiqləmək üzrə son hesabatı haqda belə deyib: Hal-hazırda İran yeganə ölkədir ki, agentlik onun nüvə fəaliyyəti üzərində maksimum nəzarətə malikdir və Rusiya da agentliyin İranın nüvə anlaşmasına və öz nüvə öhdəliklərinə sadiq qalması haqdakı fikri ilə razıdır.

Teqlər