Okt 07, 2018 10:29 Asia/Baku
  • Trampın sərsəmləməsi davam edir; İran olduqca fərqli bir ölkə olubdur
    Trampın sərsəmləməsi davam edir; İran olduqca fərqli bir ölkə olubdur

ABŞ prezidenti dünən gecə gülünc bir ifadədə iddia edibdir ki, bu ölkənin nüvə anlaşmasından çıxması İranın fərqli bir ölkə olmasına səbəb olubdur.

Donald Tramp Amerikanın Kanzas ştatında iddia edib ki, Vaşinqtonun nüvə anlaşmasından çıxması İranın regional fəaliyyətlərinin kəskin dərəcədə azalmasına səbəb olubdur.

Tramp bundan öncə də iddia etmişdi ki, Amerikanın nüvə anlaşmasından çıxması İranın rəftarının dəyişməsinə və regional fəaliyyətlərinin azalmasına səbəb olubdur.

Tramp mayın 8-də nüvə anlaşmasından çıxdı. Onun bu hərəkəti daxildə və beynəlxalq səviyyədə geniş şəkildə pislənildi.

Trampın İranın regional fəaliyyətlərinin azalmasına dair gülünc sözləri elə bir haldadır ki, İran İslam Respublikasının rəsmiləri dəfələrlə bildiriblər ki, İran regionun güclü, sabitlik yaradan və təsirli ölkələrindən biri kimi daim kömək istənilərkən məzlumların, həmçinin böhranda və terrorizmlə müharibədə olan ölkələrin köməyinə gedəcək və özünün bu prinsipial mövqeyindən zərrə qədər də olsun belə, geri çəkilməyəcəkdir.

Teqlər