Okt 07, 2018 10:43 Asia/Baku
  • Konqoda tankerin partlamasında həlak olanların sayı artıb
    Konqoda tankerin partlamasında həlak olanların sayı artıb

Konqo Demokratik Respublikasının qərbində bir tankerin bir avtomobillə toqquşması hadisəsində həlak olanların sayı 60-a çatıb.

Dünən Konqo Demokratik Respublikasının qərbində yerləşən Mərkəzi Konqo əyalətindəki şose yolunda bir tankerin bir avtomobillə toqquşması nəticəsində tanker partlayıbdır.

Mərkəzi Konqo əyalətinin valisi Atou Matubuana bundan öncə bu hadisə qurbanlarının sayını əlli nəfər elan etmişdi. Bu hadisədə yüz nəfər də yaralanıbdır.

Hər il Konqo Demokratik Respublikasında minlərlə nəfər şose yolu hadisələrində həyatını itirir.

Teqlər