Okt 08, 2018 12:08 Asia/Baku
  • Əfqanıstanda terror hücumlarının mülki qurbanlarının sayı artmaqdadır
    Əfqanıstanda terror hücumlarının mülki qurbanlarının sayı artmaqdadır

BMT-nin Əfqanıstandakı siyasi bürosu UNAMA Əfqanıstanda terror hücumları nəticəsində mülki əhali arasında ölüm hallarının artmasından xəbər verib.

İRİB-nin verdiyi məlumata görə, BMT-nin Əfqanıstınadakı siyasi bürosu bazar günü bir məlumat yayaraq, cari ilin ilk 9 ayında Əfqanıstanda terror hücumlarında həlak olan və yaralanan mülki əhalinin sayının 46% artdığını bildirib. 

Qeyd olunmuş zaman ərzində törədilən terror aktlarında 2343 mülki vətəndaşın öldüyü bildirilir. 

Əfqanıstanın İnsan Haqları Komissiyası da son zamanlar bir məlumat yayaraq, cari ilin ilk altı ayında ölkədə gedən savaş və terror hücumları nəticəsində ölənlərin sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə 30% artdığını bildirib. 

Ötən həftə qeyri hökumət təşkilatı olan "Əfqan mülkiləri müdafiə qrupu" da bir məlumat yayaraq, cari ilin sentyabrında yüzdən çox mülki vətəndaşın ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq qüvvələrin hava hücumları nəticəsində həlak olduğunu bildirib. 

Əfqanıstan xalqı və dövlətinin qənaətinə görə, ABŞ-ın 2001-ci ildə Əfqanıstanı işğal etməsinin ardınca bu ölkədə gərginlik daha da artıb. Terrorizm ilə mübarizə adı altında Əfqanıstanı işğal edən ABŞ bu ölkədə sülh və sabitliyi təmin edəcəyini iddia etmişdi. Amma, ötən 17 ildə Əfqanıstanda terror dəstələri daha da aktivləşib və ölkənin 20-dən çox vilayətində intensiv savaş gedir. 

Teqlər