Okt 12, 2018 11:48 Asia/Baku
  • Maykl qasırğası Floridanı vurdu, 6nəfər canından oldu

İnformasiya qaynaqları cümə axşamı ABŞ-ın cənub-şərqində yerləşən Florida Ştatının Maykl qasırğasına məruz qalması nəticəsində 6 nəfərin ölməsindən xəbər veriblər.

İRNA-nın məlumatına görə, yerli mənbələr Maykl qasırğası Florida Ştatında elektrik enerjisinin verilməsində fasiləyə səbəb olduğunu və 950 min nəfərin işıqsız qaldığını bildiriblər.

Sürəti saatda 250 kilometrə çatan külək ilə yanaşı olan Maykl qasırğası Alabama, Corciya və Cənubi Karolina ştatlarında da ciddi zərər və ziyanlara səbəb olub. 

ABŞ prezidenti Donald Tramp Florida Ştatında fövqəladə vəziyyət elan edib.  

Teqlər