Okt 12, 2018 14:54 Asia/Baku
  • Vaşinqton Post: Türkiyə rəsmiləri Kaşıkçının qətlinə dair faktlara malikdirlər

Vaşinqton Post qəzeti Türkiyə rəsmilərinin Ali-Səud rejiminin tənqidçilərindən olan jurnalist Camal Kaşıkçının Ərəbistanın İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilməsinə dair səs və video yazıya malikdirlər.

Vaşinqton Post qəzetinin yazdığına görə, Ankara bu video yazılarda Camal Kaşıkçı, onu istintaq edən şəxslər, Camal Kaşıkçıya edilən işgəncələr, onun döyülməsi və sonda öldürülməsinə dair görüntülərin olduğuna dair ABŞ-ı məlumatlandırıb. Həmçinin, Kaşıkçıya işgəncə verən daha sonra, onu öldürərək, cəsədini doğrayan təhlükəsizlik dəstəsinin danışıqlarına dair səs yazısı da var. 

Digər tərəfdən ABŞ Senatının xarici əlaqələr komitəsinin sədri senator Bob Kroker əldə olunmuş faktlara əsasən Ərəbistan Ali-Səud rejiminin tənqidçilərindən olan Camal Kaşıkçının qətlə yetirilməsində birbaşa rola malikdir. 

Nyu-York Tayms qəzeti də Türkiyədəki qaynaqlarına istinadla, bu ölkə rəsmilərinin Camal Kaşıkçının ölüm fərmanının Ərəbistan hökuməti tərəfindən verildiyinə inandıqlarını yazıb. 

Teqlər