Okt 17, 2018 13:05 Asia/Baku
  • Rusiya Avropa İttifaqının yeni sanksiyalarına reaksiya verdi
    Rusiya Avropa İttifaqının yeni sanksiyalarına reaksiya verdi

Rusiya hökuməti Avropa İttifaqının "kimyəvi silahlardan istifadə" bəhanəsi ilə Moskva əleyhinə yeni sanksiyalar tətbiq etməsini bəsit hərəkət adlandırıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çərşənbə axşamı NTV kanalına verdiyi müsahibədə deyib: Aİ-nin bu hərəkəti beynəlxalq qanunlardan uzaq olan birtərəfli və bəsit bir hərəkətdir. 

Avropa Şurası bazar ertəsi günü yeni sanksiya qanunu qəbul etdiyini bildərərək, bu qanun əsasnıda şimyəvi silahlardan istifadəyə qarşı mübarizə aparmağın mümkün olacağını elan edib. 

Brüsselin məqsədi 2018-ci ildə Britaniyanın Salzberi şəhərində keçmiş rus casus Sergey Skripalın şübhəli şəkildə zəhərlənməsi hadisəsinə işarə olub. 

London bu hadisədə Rusiyanı ittiham edir. Amma, Moskva ittihamları rədd edərək, Londondan birgə araşdırmaların aparılmasını istəmişdi. Britaniya isə Rusiyanın bu istəyinə qarşı çıxaraq, hər hansı fakt təqdim etmədən hadisəyə görə Moskvanın məsuliyyət daşıdığını iddia edir. 

Bunun ardınca Avropa Birliyi Rusiya əleyhinə sanksiyalar tətbiq edib. Bu sanksyalar bəzi rus rəsmilərin Avropa ölkələrinə səfərlərinin məhdudlaşdırılması və mal varlıqlarının dondurulmasını əhatə edir. 

Teqlər