Okt 18, 2018 14:37 Asia/Baku
  • Rusiya ABŞ-ın İrana qarşı yeni sanksiyalarını qınadı
    Rusiya ABŞ-ın İrana qarşı yeni sanksiyalarını qınadı

Rusiya xarici işlər nazirinin müavini ABŞ-ın İrana qarşı yeni sanksiyalarını qınayaraq, bunu "qəbuledilməz" adlandırıb.

RİA Novosti-nin bildirdiyinə görə, Sergey Ryabkov deyib: Moskva İran ilə əməkdaşlıqlarını davam etdirəcək.

Rusiya xarici işlər nazirinin müavini həmçinin deyib: Birləşmiş Ştatlar dolların beynəlxalq valyuta ehtiyatı rolundan sui-istifadə edərək, İrana təzyiq göstərməyə çalışır.

Ryabkov ABŞ-ın Suriyadakı quruculuğa görə İran və Rusiya əleyhinə sanksiyalar üzrə yeni strategiyası haqda deyib: Moskva ABŞ-ın İrana və ümumiyyətlə Suriyanın bərpasında iştirak edən istənilən ölkəyə qarşı sanksiya tətbiq etməsini mənfi addım hesab edir.

Ryabkov əlavə edib: İranın Vaşinqtonun bu hərəkətinə cavabı müdafiə xarakterli maliyyə sistemlərinin yaradılması və digər ölkələr ilə əlaqələrin genişləndirilməsi ola bilər.

ABŞ çərşənbə axşamı İran İslam Respublikasına qarşı düşmənçiliyinin davamında İranın 20 bank, şirkət və maliyyə qrumunun adını sanksiyalar siyahısına daxil edib.

Teqlər