Okt 19, 2018 20:52 Asia/Baku
  • Facebook: İstifadəçilərin məlumatlarının ifşa edilməsinin İran və Şimali Koreya ilə heç bir əlaqəsi yoxdur
    Facebook: İstifadəçilərin məlumatlarının ifşa edilməsinin İran və Şimali Koreya ilə heç bir əlaqəsi yoxdur

Facebook şirkəti bu sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatlarının haker hücumuna məruz qalmasında İran və Şimali Koreya əleyhinə səsləndirilən ittihamları rədd edib.

Nyu-York Post qəzetinin yazdığına görə, Facebook şirkəti rəsmi bir bəyanat yayaraq, bildirib: İran və Şİmali Koreya Facebook istifadəçilərinin şəxsi məlumatlarının ifşa edilməsində heç bir rola malik olmayıblar. 

Təqribən 30 milyon Facebook istifadəçisinin şəxsi məlumatlarının ifşa edilməsinə dair xəbərlərin yayılmasının ardınca bəzi medialar buməsələyə görə İran və Şimali Koreyanı ittiham etməyə çalışıblar. 

Facebook isə istifadəçilərin şəxsi məlumatlarının yerli hakerlərin hücumuna məruz qaldığını bildirib. 

Facebook-un verdiyi açıqlamasına əsasən hakerlər 30 milyon facebook istifadəçisinin şəxsi məlumatlarını o cümlədən istifadəçi adları, cinsiyyəti, dili, doğulduğu yer, yaşadığı yer, dini, doğulduğu tarix, təhsili, istifadə etdiyi qacetlər, facebook-a qoşulduğu məkanlar və son 15 axtarışına dair məlumatları oğurlayıblar. 

6 noyabrda ABŞ Konqresinə keçiriləcək dövrlərarası seçkilər ərəfəsində baş verən bu hadisə sosial şəbəkə istifadəçilərinin məlumatlarından seçkilərdə sui-istifadə ehtimalını gücləndirib. 

Bir müddət öncə bəzi şirkətlərin 2016-cı ildə Amerikada keçirilən prezident seçkiləri zamanı Facebook istifadəçilərinin şəxsi məlumatlarından sui-istifadə etmələrinə dair məlumatlar yayılmışdı. 

Teqlər