Okt 21, 2018 09:03 Asia/Baku
  • Moqerini: Qaşıqçının qətli Vyana konsulluq əlaqələri müahidəsinin pozulması deməkdir
    Moqerini: Qaşıqçının qətli Vyana konsulluq əlaqələri müahidəsinin pozulması deməkdir

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi dünən gecə bir bəyanatda vurğualyıb ki, səud rejimini tənqid edən yazar və jurnalist Camal Qaşıqçının qətli macərası 1963-cü ildə qəbul olunmuş Vyana konsulluq əlaqələri müahidəsinin konsulluğun yerləşdiyi ölkənin hökumətinin qanunlarına hörmət etməyə əsaslanan 55-ci maddəsi ilə təzad təşkil edir.

Federika Moqerini deyib: Avropa Birliyi Qaşıqçının qətli işi barədə şəffaf, əhatəli və mötəbər bir təhqiqatın aparılmasını istəyir.

Moqerini vurğulayıb ki, bu cinayətin amilləri cəzalandırılmalıdırlar.

Fransanın xarici işlər naziri Jan İv Le-Drian və Almaniya kansleri Angela Merkel də dünən Qaşıqçının qətli işi barədə şəffaf və əhatəli bir təhqiqatın aparılmasını istəyiblər.

Səud rejimini tənqid edən jurnalist Camal Qaşıqçı oktyabrın ikisində Ərəbistanın İstanbuldakı baş konsulluğuna daxil olduqdan sonra yoxa çıxdı.

Səud rejimi dünya ictimaiyyyətinin təzyiqləri altında 18 gün sükut və təkzibdən sonra nəhayət cümə günü gecə Qaşıqçının bu ölkənin İstanbuldakı konsulluğunda qətlə yetirildiyini təsdiq etdi.

Ərəbistan prokurorluğu bir bəyanatda iddia edibdir ki, Qaşıqçının konsulluğun içərisində höcətləşməsi və ondan sonra bir neçə nəfərlə fiziki qarşıdurması onun ölümünə səbəb olubdur.

Bu bəyanat beynəlxalq səviyyədə geniş və neqativ reaksiyalarla üzləşibdir. Bir çox ölkə Ərriyadın Qaşıqçının qətli barədəki rəvayətini səudların bundan öncə Qaşıqçının konsuluuq binasından çıxmasına dair sözləri ilə təzadlı adlandırıbdır.

Camal Qaşıqçının adı, səud rejiminin təqib və həbs edilməli şəxslər siyahısında yerləşirdi. O, həbs olunmaq qorxusundan Ərəbistandan xaricdə yaşayırdı.