Okt 22, 2018 10:39 Asia/Baku
  • Mekrel: Belə bir şəraitdə Ərəbistana silah vermək olmaz
    Mekrel: Belə bir şəraitdə Ərəbistana silah vermək olmaz

Almaniya kansleri Angela Merkel deyib: Hazırkı şəraitdə Ərəbistana silah satışını davam etdirmək olmaz.

Almaniya kansleri Ərəbistan başçılarının hələ də tənqidçi jurnalist Camal Qaşıqçının qətlinə dair məsuliyyətə cəlb olunmadıqlarına işarə edərək, bunu tənqid edib. 

Angela Merkel Xristiyan Demokrat Partiyasının iclasında iştirak etməzdən öncə jurnalistlərdən birinin ərəbistanlı jurnalist Camal Qaşıqçının qətlinə dair sualının cavabında deyib: Hər şeydən öncə bu hadisəni ən kəskin formada qınayıram. Və mən dünən də bu hadisəni kəskin şəkildə qınadım. İkincisi, bizim aydınlığa ehtiyacımız var. Əlbəttə, xeyli vaxtdır ki, masa üzərində belə bir aydınlıq müşahidə olunmur və bu xüsusda Ərəbistan başçılarından da xeyli vaxtdır ki, izahat tələb olunmayıb. Üçüncü məsələ isə, bizim Ərəbistana silah satışını məhdudlaşdırmaq qərarına gəlməyimizdir. Hazırkı şəraitdə Ərəbistana silah satışı qeyri-mümkündür. Sonuncu olaraq deməliyəm ki, biz beynəlxalq səviyyədə bu məsələ ilə bağlı daha artıq reaksiyaların şahidi olacağıq.