Okt 22, 2018 13:12 Asia/Baku
  • Gürcüstanda enerji daşıyıcılarının bahalaşması etirazlara səbəb oldu
    Gürcüstanda enerji daşıyıcılarının bahalaşması etirazlara səbəb oldu

Gürücüstan vətəndaşları paytaxt Tiflisdə və Batumi şəhərində aksiyalar təşkil edərək, enerji daşıyıcılarının bahalaşmasına etiraz ediblər.

Nyus Georgiya informasiya portalının verdiyi məlumata görə, Narazı kütlə hökumətin enerji daşıyıcılarının bahalaşmasına dərhal müdaxilə etməsini  istəyiblər. Bu məlumata görə, Tiflis sakinləri iyul ayında da yanacağın bahalaşmasına etiraz etmişdilər. Amma, bu ilk dəfədir ki. Batumi sakinləri də enerji daşıyıcılarının bahalaşmasına etiraz edirlər. 

Batumi şəhərində yanacağın bahalaşmasına etiraz edən sakinlərdən biri David Gergedova hər bir litr yanacağın qiymətinin 1.1 dollara çatdığını deyərək, bunu qəbul edilməz adlandırıb. Onun dediyinə görə, bu etiraz aksiyasında daha çox gənclər iştirak edib. Yanacağın qiyməti Gürcüstan vətəndaşlarının gəlirlərinə uyğun gəlmir. Hökumət bu məsələyə son qoymalıdır. Narazı insanlar Tiflis şəhərində də yanacağın qiymətinin aşağı salınmasını istəyərək, qiymətlərə nəzarət üzrə rəsmi qurumun yaradılmasını istəyiblər.