Okt 23, 2018 10:38 Asia/Baku
  • 
BMT-nin baş katibi jurnalist Camal Qaşıqçının qətlinə dair şəffaf araşdırmaların aparılmasını istədi
    BMT-nin baş katibi jurnalist Camal Qaşıqçının qətlinə dair şəffaf araşdırmaların aparılmasını istədi

BMT baş katibinin sözçüsünün müavini baş katib Antonio Quterreşə istinadla deyib: Baş katib bu haqda şəffaf araşdırmaların aparılmasını istəyir.

İRNA-nın məlumatına görə, Fərhan Həq jurnalistlər qarşısında "BMT baş katibi Ərəbistanın tənqidçi jurnalist Camal Qaşıqçının bu ölkənin İstanbuldakı konsulluğunda qətlə yetirilməsini təsdiq etməsi məsələsi ilə bağlı mövqeyi nədir?" sualının cavabında deyib: Quterreşin istəyi bu cinayətdə iştirak edən hər kəsin kimliyinin müəyyən edilməsi və cəzalandırılmasıdır. 

BMT baş katibinin sözçüsünün müavini daha sonra deyib: Camal Qaşıqçının qətlinə dair cinayət işi ilə bağlı həqiqətlər qarşısında sükut etmək, bu kimi halların təkrarlanmasına yol açacaq.

Ərəbistanlı jurnalist Camal Qaşıqçı 2 oktyabrda İstanbulda Ərəbistanın Baş Konsulluğuna daxil olduqdan sonra, şübhəli şəkildə yoxa çıxıb. 

Ali-Səud rejimi baş vermiş hadisə ilə bağlı 18 gün sürən sükutunu pozaraq, sonda Qaşıqçının Ərəbistanın İstanbuldakı Baş Konsulluğunda qətlə yetirildiyini etiraf etdi. 

Son məlumatlara görə, Camal Qaşıqçı Ərəbistan vəliəhdi Məhəmməd Bin Salmanın göstərişi əsasında və onun tərəfindən Türkiyəyə göndərilən 15 nəfərlik "cəllad" dəstəsi tərəfindən amansız şəkildə qətlə yetirilib. 

Teqlər