Okt 23, 2018 10:58 Asia/Baku
  • Tramp Ərəbistana silah satışını müdafiə etdi \ Tramp: Qaşıqçının qətli öncədən planlaşdırılmayıb
    Tramp Ərəbistana silah satışını müdafiə etdi \ Tramp: Qaşıqçının qətli öncədən planlaşdırılmayıb

ABŞ prezidenti Donald Tramp Ərəbistana silah satışının durdurulmasına qarşı çıxacağını deyib.

Tramp "USA TODAY"ə verdiyi müsahibədə jurnalist Camal Qaşıqçının Ərəbistanın İstanbuldakı baş Konsulluğunda qətlə yetirilməsinin təsdiq edilməsindən sonra,  ABŞ-ın Ərəbistana silah satışını durdurmasına qarşı olduğunu deyərək, Ər-Riyadı cəzalandırmağın başqa yolları olduğunu söyləyib. 

ABŞ prezidenti jurnalist Camal Qaşıqçının qətlə yetirilməsinin öncədən planlaşdırılmadığına dair Ali-Səudun ssenarisini müdafiə edərək,  Ər-Riyadın Camal Qaşıqçının qətlinə dair açıqlamasında qaranlıq məqamların olduğunu, buna baxmayaraq, Ərəbistana silah satışının dayandırılması ilə razılaşmayacağını bildirib. 

Tramp həmçinn deyib: Qaşıqçı, qətlə yetirilməsi üçün, qəsdən Ərəbistanın İstanbuldakı Baş Konsulluğuna dəvət olunmayıb. 

ABŞ prezidentinin bu mövqeyi Ali-Səud rejiminin Qaşıqçı olayı ilə bağlı mövqeyi ilə üst-üstə düşür. Ər-Riyad Qaşıqçının konsulluqda yaranan mübahisə zamanı təsadüfən və istəmədən qətlə yetirildiyini iddia edir. 

Teqlər