Okt 25, 2018 15:43 Asia/Baku
  • NATO-nun soyuq müharibədən sonra ən böyük manevri başlanıb

NATO-nun soyuq müharibədən sonra ən böyük manevri Norveçdə başlanıb.

Əlli min hərbçi bu gün Norveçdə soyuq müharibədən sonra ən böyük manevrə başlayıbdır. 

"Traydent Cankçer" adlı bu manevrdə NATO-ya üzv 29 ölkədən, həmçinin İsveç və Finlandiyadan təqribən əlli min hərbçi, on min zirehli avtomobil, 250 qırıcı, 65 hərbi gəmi iştirak edir.

Bu manevrin keçirilməsində məqsəd, NATO-nun müştərək zərbə qüvvələrinin və digər qüvvələrin təlimi və sınaqdan keçirilməsidir.

Almaniya ordusu da təqribən səkkiz min hərbçi, dörd min zirehli avtomobil, "Avrofayter" və "Tornado" qırıcıları, həmçinin üç hərbi gəmi ilə bu manevrdə iştirak edir.

Bu manevr iki həftə müddətinə Norveçdə və bu ölkənin ətrafındakı dəniz və hava hövzəsində davam edəcəkdir.

NATO-nun baş katibi Yens Stoltenberq də deyibdir ki, son illərdə Avropada təhlükəsiz atmosfer geniş miqyasda azalıbdır.

Norveçlə müştərək sərhədə malik olan Rusiya da bu manevrin keçirilməsini pisləyibdir.

Bu istiqamətdə Rusiyanın müdafiə naziri Sergey Şoyqu da bildiribdir ki, bu manevr düşmənçilik hərbi əməliyyatının simulasiya edilmiş formasıdır.

NATO-nun Rusiyanın sərhədləri yaxınlığındakı hərbi fəaliyyətləri soyuq müharibə dövründən bəri ən yüksək həddə çatıbdır ki, bu da daim Moskvanın etirazı və əks-reaksiyası ilə üzləşibdir. 

Teqlər