Okt 26, 2018 17:06 Asia/Baku
  • Hindistan ordusunun Kəşmir müsəlmanlarına qarşı hərbi əməliyyatı davam edir
    Hindistan ordusunun Kəşmir müsəlmanlarına qarşı hərbi əməliyyatı davam edir

Hindistan ordusu bir daha müsəlman sakinli Kəşmirin müxtəlif məntəqələrində hərbi əməliyyatlara başlayıb.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Hindistan ordusu dünən, cümə axşamı Kəşmirin müxtəlif məntəqələrinə hücum edərək, müsəlman əhaliyə qarşı silahdan istifadə edib. 

Hindistan ordusu Sringerdə 2 müsəlmanı qətlə yetirməklə yanaşı, evləri də atəşə tutub. Bu hücumda yaşayış binalarına ciddi zərər və ziyanlar dəyib. 

Müsəlman əhalinin Hindistan ordusunun hücumları qarşısında müqavimət göstərməsi 6 hərbçinin xəsarət almasına səbəb olub. 

Kəşmir əhalisi BMT TŞ-nin qətnaməsinə əsasən, bu məntəqənin taleyinin təyin edilməsi üçün referendumun keçirilməsini istəyir. Amma, Hindistan hökuməti Kəşmir əhalisinin istəyinə qarşı çıxaraq, onları silah gücünə susdurmaq istəyir. 

Ötən iki həftə ərzində Kəşmirdə ordu qüvvələri ilə  yerli sakinlər arasında gedən döyüşlərdə 20 mülki Hindistan ordusu tərəfindən qətlə yetirilib. Bu toqquşmalarda 10 hərbçi də həlak olub. 

Kəşmirdə dövlət nəzarətində olan bütün təhsil mərkəzləri və dövlət idarələri tətil edilib. İnsanlar evlərindən çölə çıxa bilmirlər. Həyat iflic olub. 

Hindistan uzun illərdir ki, ordu qüvvələrini Kəşmirə yeridərək, bu məntəqəyə nəzarəti ələ keçirib. Ötən 30 ildə Kəşmir əhalisi azadlıq yolunda on minlərlə qurban verib. Hindistan bu məntəqəni nəzarət altında saxlamaq üçün heç bir cinayətdən çəkinmir. 

Teqlər