Okt 27, 2018 09:52 Asia/Baku
  • Moskva: Norveçdə keçirilən NATO təlimləri Rusiyaya qarşıdır
    Moskva: Norveçdə keçirilən NATO təlimləri Rusiyaya qarşıdır

Rusiya Xarici İşlər Nazirliyi bildirib: NATO-nun Norveçdəki hərbi təlimləri Rusiyaya qarşı planlaşdırılıb.

İRNA-nın verdiyi məlumata görə, Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatında NATO-nun soyuq müharibə dövründən sonra özününü ən geniş miqyaslı hərbi təlimlərinə başlamasına toxunaraq bildirib: NATO rəsmiləri və üzv ölkələrin bu kimi tədbirlərin müdafiə xarakteri daşımasını inandırmağa cəhd göstərmələrinə rəğmən şübhə yoxdur ki, bu təlimlər Rusiyaya qarşı hücum məqsədi güdür.

Bəyanatda deyilir: Qarşı tərəfin Rusiya-NATO şurası eləcə də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı məlumatları nigaranlıqları aradan qaldırmır xüsusiylə ona görə ki, təlimdə iştirak edən qüvvələrin sayı 50 min nəfər təşkil edir və onda təyyarə daşıyan atom gəmisi və ABŞ dəniz qoşunlarının reaksiya qrupu da iştirak edib. 

Bəyanatda deyilir: Həmçinin bu hərbi təlimləri Rusiyaya oxşar iqlim şəraitində həyata keçirilib və təlimlərin bəzi hissələri Rusiya sərhədlərindən 200 km məsafədə davam etdirilməkdədir. 

NATO-nun soyuq müharibə dövründən sonra ən geniş miqyaslı hərbi təlimləri Trident Junctur adı altında cümə axşamı Norveçdə, Baltik dənizi və Atlantik okeanının şimal hissəsində başlanıb və iki həftə davam edəcək. 

Bu hərbi təlimlərə NATO-ya üzv ölkələr eləcə də İsveç və Finlandiyadan 50 min hərbçi qüvvə, 10 min zirehli texnika, 250 hərbi təyyarə, 65 hərbi gəmi cəlb edilib. 

Teqlər