Okt 29, 2018 21:27 Asia/Baku
  • Yunanıstanda təhsil sisteminə dəyişikliyin edilməsi etirazlara səbəb olub
    Yunanıstanda təhsil sisteminə dəyişikliyin edilməsi etirazlara səbəb olub

Yunanıstanda təhsil sisteminə edilən dəyişikliklərlə bağlı etiraz aksiyası polisin müdaxiləsi ilə qarşıdurmaya çevrilib.

Röyters-in məlumatına görə, paytaxt Afinada keçirilən etiraz aksiyasında narazı kütlə daş və yanıcı maddələr ilə polisə hücum ediblər. Polis də onlara qarşı gözyaşardıcı qazdan və su şırnağından istifadə edib. 

Bu qarşıdurma gənclərin Parlament binasına doğru irəliləmək istəməsinin ardınca başlanıb. 

Yunanıstan hökumətinin təhsil sistemində aparmaq istədiyi islahatlar ölkə səviyyəsində etirazlara səbəb olub. 

Yunanıstan hökumətinin təklif etdiyi layihəyə əsasən tam orta məktəblərdə sonuncu sinif üçün dərs proqramı habelə, universitetlərə qəbul imtahanı dəyişdirilməlidir. 

Teqlər