Okt 30, 2018 12:29 Asia/Baku
  • ABŞ-ın Şimali Karolina Ştatında orta məktəbdə qanlı insident
    ABŞ-ın Şimali Karolina Ştatında orta məktəbdə qanlı insident

ABŞ rəsmiləri Şimali Karolina Ştatında orta məktəblərdən birində silahlı hücumun baş verməsindən xəbər veriblər.

Asoşeyted Press-in verdiyi məlumata görə, ABŞ rəsmiləri bazar ertəsi günü bildiriblər ki, məktəblilərdən biri öz sinif yoldaşlarından birini güllələyərək, öldürüb. 

Batler adlı bu məktəbli oğlan sinif yoldaşı ilə çıxan mübahisənin ardınca onu güllələyərək, öldürüb. Hadisə Şimali Karolina Ştatında Mateus şəhərində baş verib. 

Şənbə günü də Pensilvaniya Ştatında, Pitsburq şəhərində baş vermiş qanlı insident zamanı 14 nəfər həyatını itirmişdi. 

Hər il Amerikada minlərlə insan silahlı insidentlərin qurbanı olur. 

Teqlər