Okt 31, 2018 13:13 Asia/Baku
  • Rusiyanın şimalında partlayış
    Rusiyanın şimalında partlayış

Rusiya mediyaları bu ölkənin şimalında Rusiya Federal Təhlükəsizlik Agentliyinin qərargahının yaxınlığında partlayışın baş verməsindən xəbər veriblər.

Russia To Day telekanalının verdiyi məlumata görə, partlayış bu gün Arxangelsk şəhərində Rusiya Federal Təhlükəsizlik Agentliyinin qərargahının yaxınlığında baş verib və ilkin məlumatlara görə, 1 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnib. 

Bu məlumata görə, partlayış ərazisinin yaxınlığında duran bir kişi partlayışda ölüb və onun agent olduğu deyilir. 

Dövlət rəsmiləri partlayışı törədənlərin kimliyi və onların ehtimal edilən məqsədləri barədə hələ açıqlama verməyiblər.

Teqlər