Noy 01, 2018 20:33 Asia/Baku
  • Tramp dost-düşmən, hər kəsi qapır...
    Tramp dost-düşmən, hər kəsi qapır...

Trampın beynəlxalq münasibətlərdə sabit siyasət kursuna malik olmaması dünya ölkələrinin diqqətindən yayınmır. Hətta, müttəfiqləri belə onun siyasətlərindən amanda qalmır. Analitiklərin dediklərinə görə, ABŞ hələ uzun müddət Trampın siyasətlərinin mənfi təsirlərindən xilas ola bilməyəcək.

Bir gün ABŞ-ın dərhal Suriyadan çıxmalı olduğunu, başqa gün isə Ərəbistan pul verərsə, Suriyada qalcağını deyir. Bir gün Rusiyanın seçkilərə müdaxilə etmədiyini, başqa gün isə, müdaxilə etdiklərini söyləyir. Elə bu qərarsızlığı Pxenyan ilə danışıqları da dalana dirəyib.

Bir zamanlar ABŞ-ın Milli Təhlükəsizlik Şurasının üzvü olmuş Qari Sik Amerika tarixində Tramp kimisinin olmadığını deyir.

Trampın xarici siyasətdə gah nala, gah da mıxa vurması axırda dövlət katibi Reks Tilersonun da qaçmasına səbəb oldu. İndi də deyəsən növə Matisə çatıb. Onu da təqaüdə göndərmək istəyirlər.

O, indi Yəməndə müharibənin durdurulmasını istəyir. Amma, çox güman ki, ABŞ ilə Ərəbistan arasında yeni silah müqaviləsinin imzalanması ilə Vaşinqton yenidən Ər-Riyada yaşıl işıq göstərəcək.

Hətta, Trampa ən yaxın adamlar belə o cümlədən ABŞ-ın BMT-dəki nümayəndəsi Niki Heyli də bu sunami qarşısında davam gətirə bilmədi.

İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi Qulaməli Xoşru isə bu barədə deyir: “Ağ Evin daxilində fərqli fikirlər səsləndirilir. Elə Ağ Evin xaricində də vahid fikir yoxdur. Bir gün İran prezidenti ilə görüş proqramının olmadığını deyir. Səhərisi gün isə Tvitter-də yazır: Ruhani sevimli bir şəxsdir. Mən o zaman prezident Ruhaniyə baxırdım. O, gülürdü. Elə o zaman Ağ Evdə rejimin dəyişməsindən danışırdılar. Bəziləri rəftarların dəyişməsindən söz açırlar. Bəziləri isə böyük anlaşmalardan. Amerikada nə baş verir? Bunu siz söyləməlisiniz.”

ABŞ xalqını isə daha çox daxili siyasət maraqlandırır. Bəziləri Trampdan narazı olsalar da, ondan razı olanlar da var. 

 

 

Teqlər