Noy 07, 2018 14:10 Asia/Baku
  • Nyu-York tayms: Demokratlar nümayəndələr palatası seçkilərinin qalibi
    Nyu-York tayms: Demokratlar nümayəndələr palatası seçkilərinin qalibi

Nyu-York tayms qəzeti bildirib ki, ABŞ-da nümayəndələr palatasına ara seçkilərin qalibi demokratlar olub. Onlar 219 səslə respublikaçılara qalib gəldilər.

Nyu-York Tayms qəzetinin internet portalının verdiyi məlumata görə, ABŞ konqresi nümayəndələr palatasına ara seçkilərdə demokratlar 219 yeri özlərinə aid etdilər və beləliklə yerlənin 50.3 faizinə malik olmuş oldular. 

Respublikaçılar isə 193 yer qazanaraq nümayəndələr palatasında 44.4 faiz yerləri əldə etmiş oldular. 

Nümayəndələr palatasının bütün 435 yeri üzərində gedən bu seçkilərdə respublikaçılar 26 yeri itirdilər və demokraların həmin sayda yerləri artdı. 

Senat seçkilərinə görə isə respublikaçılar 51, demokratlar isə 45 yer qazandılar və respublikaçılar öz əksəriyyətlərini qoruyub saxlaya bildilər. 

Həmçinin ABŞ qubernatorları üzrə ara seçkilərin nəticələrinə görə hal-hazırda 25 qubernator respublikaçılar, 21 qubernator isə demokratlara aiddir. 

Teqlər