Noy 09, 2018 13:28 Asia/Baku
  • Tacikistanda həbsxanada çıxan qiyamda ölənlərin sayı artır

Tacikistanın Xocənd şəhərindəki həbsxanada çıxan üsyan nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.

İRİB-nin verdiyi məlumata görə, Tacikistanın təhlükəsizlik mənbələri cümə axşamı bir məlumat yayaraq, Xocənd şəhərindəki zindanda çıxan üsyanın yatırdılması zamanı öldürülənlərin sayının 27 nəfərə çatdığını bildiriblər. Ölənlərdən ikisi təhlskəüizlik xidmətinin əməkdaşıdır. 

Bundan öncə Xocənd zindanında çıxan üsyanda ölənlərin sayı 13 nəfər elan olunmuşdu. 

Bu məlumata görə, Xocənd zindanında çıxan üsyan çərşənbə günü İŞİD ilə əməkdaşlıqda şübhəli bilinən bir məhbusun zindanın mühafizəçilərindən birinə hücum edərək, onun silahını əlindən almasının ardınca baş qaldırıb. Bu zindan İŞİD terrorçuları da daxil olmaqla ifratçı və radikal ünsürlərin saxlanıldığı zindandır. 

Teqlər