Noy 10, 2018 20:43 Asia/Baku
  • ABŞ kilsələri İsrailin Qüdsdəki hərəkətlərə son qoymasını istədilər
    ABŞ kilsələri İsrailin Qüdsdəki hərəkətlərə son qoymasını istədilər

Amerikada onlarla kilsə ABŞ-ın dövlət katibi Mayk Pompeo-ya kəskin məzmunda məktub göndərərək, ondan İsrail rejiminin Qüds şəhərindəki kilsəyə qarşı zorakılıqlara son qoymasını istəyiblər.

İRİB-nin verdiyi məlumata görə, ABŞ kilsələri Mayk Pompeoya ünvanlanmış məktubda İsrail rejiminin Qüds kilsəsinə qarşı hərəkətləri durdurmasını istəyərək, Qüds kilsəsinə məxsus ərazilərin müsadirə edilməsinə dair İsrail Knessetində qanun layihəsinin hazırlanmasını xristianlıq üçün təhdid adlandırıblar.

Bu qanun layihəsinin İsrail Knessetinidə müzakirəyə çıxarılmasına bir gün qalmış ABŞ kilsələri Mayk Pompeodan bu layihənin birdəfəlik olaraq İsrail Knessetinin gündəmindən çıxarılmasını istəyiblər.

ABŞ kilsələri İsrail rejiminin bu hərəkətini Qüds müsəlmanları üçün ciddi böhran adlandırıblar.

Teqlər