Noy 11, 2018 10:54 Asia/Baku
  • Çin ekspo sərgisində 58 milyard dollarlıq ticarət müqavilələri imzalanıb
    Çin ekspo sərgisində 58 milyard dollarlıq ticarət müqavilələri imzalanıb

Çində keçirilən idxalat üzrə ilk beynəlxalq ekspo sərgisi bu ölkənin ən böyük liman şəhəri, həmçinin ticarət və iqtisadi mərkəzi olan Şanxay şəhərində öz işini başa vurub.

Altı gün müddətinə Şanxay şəhərində keçirilən Çin idxalat sərgisində imzlanmış müqavilələrin 58 milyard dollarından 40 milyard 720 milyon dolları "İpək yolu"  ölklələrinə aid olubdur.

Şanxay sərgisində həmçinin iştirakçı ölkələrin modern və elektron texnologiya təchizatları üzrə istehsal müəssisələri də 16 milyard 460 milyon dollar dəyərində müqavilələr imzalayıblar.

Bu sərgidə imzalanmış müqavilələrin başlıca hissəsi avtomobil, kənd təsərrüfatı və yeyinti məhsulları, həmçinin iaşə xidmətləri sahələri üzrə olubdur.

Ötən bazar günündən bəri Şanxay sərgisində müxtəlif ölkə və beynəlxalq təşkilatlar, o sıradan İran İslam Respublikasından olan şirkətlər tibb təchizatları, kənd təsərrüfatı və yeyinti məhsulları, köməkçi istehlak ləvazimatları, əmtəə malları, avtomobil və istehlak edilən elektron təchizatları sahələrində olan məhsullarını dörd pavilyon formasında sərgiləyiblər.

Teqlər