Noy 13, 2018 10:10 Asia/Baku
  • PKK ABŞ-ın bu qrupa qarşı hərəkətlərinin nəticələri barədə xəbərdarlıq edib
    PKK ABŞ-ın bu qrupa qarşı hərəkətlərinin nəticələri barədə xəbərdarlıq edib

PKK-nın sözçüsü bildirib ki, ABŞ hökumətinin bu qrupun başçılarından üç nəfərin gizləndiyi məkanın bildirilməsi üçün mükafatın təyin edilməsi barədəki qərarı kürdlər və Suriyanın şimalı ilə bağlı hadisələrə mənfi təsir göstərəcəkdir.

PKK-nın sözçüsü Sərhəd Farto dünən axşamçağı İraq Kürdüstanındakı yerli medialara belə deyib: ABŞ hökumətinin PKK-ya qarşı təzyiqin artırılması barədəki qərarı Suriyanın kürdsakinli məntəqələrindəki böhranı şiddətləndirəcəkdir.

Son zamanlar ABŞ dövlət departamenti bildirib ki, PKK-nın Cəmil Bayik, Murad Karilan və Duran Kalkan adlı üç başçısının məkanını ifşa etmək üçün 12 milyon dollar təyin edibdir.

PKK-nın sözçüsü əlavə edib: Amerikanın kürdlər barədəki hər bir qərarı Suriyanın şimalının vəziyyətinə mənfi təsir göstərəcək, zira Amerika unutmamalıdır ki, Suriyanın şimalı Abdullah Öcəlanın təfəkkürlərinin təsiri altındadır.

Teqlər