Noy 13, 2018 13:27 Asia/Baku
  • BAT mötəbər
    BAT mötəbər "vicdan səfiri" mükafatını Aun San Su Tszi-dən geri alıb

Beynəlxalq Amnistiya Təşkilatı bir bəyanatda bildirib ki, mötəbər "vicdan səfiri" mükafatını Myanmada hakim partiyanın lideri- Aun San Su Tszi-dən geri alıbdır.

Bu addım Myanma ordusunun bu ölkənin Arakan əyalətində yaşayan rohinca müsəlmanlarına qarşı hücumlarının davam etməsinə cavab olaraq atılır.

Beynəlxalq Amnistiya Təşkilatı bu bəyanatda belə qeyd edib: Aun San Su Tszi Myanma ordusunun cinayətləri qarşısında susub və bu ölkə ordusu məmurlarının öz hərəkətlərinə görə cavab vermələrinə icazə vermir.

Beynəlxalq Amnistiya Təşkilatı Aun San Su Tszinin rəftarını, onun bir gün, sözdə, simvolu olduğu dəyərlərə xəyanət kimi təqdim edib.

Bundan öncə də İngiltərə "Oksford azadlıq" ordenini Aun San Su Tszidən geri almışdı.

"Oksfordun azadlığı" ordeni İngiltərənin Oksford şəhər şurasının qənaətincə, bu şəhər üçün layiqli işlər görmüş şəxslərə verilir.